16 Sentyabr 2024 23:23

Vaxtı bitmiş şəxsiyyət vəsiqələri ilə səs vermək mümkün olacaq

Azadsöz.az xəbər verir ki, vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə belə, həmin vətəndaş o şəxsiyyət vəsiqəsi ilə gəlib fevralın 7-də növbədənkənar prezident seçkilərində səs verə bilər:

“Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən və 10 il müddətinə verilir. Yeni nəsil şəxsiyyət vəsiqələrində belə problem ola bilməz. Etibarlılıq müddətinin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər. Həmin şəxslər də səs verə bilərlər”.