16 Sentyabr 2024 23:22

Şəmkirdə 27 yaşlı oğlan güllələndi

Azadsöz.az xəbər verir ki, DİN-in regional qrupundan  bildirilib ki, Zabil Aslanov odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.