Azadsöz.az xəbər verir ki, Bakının Sabunçu rayonu ərazisində evlərdən 13 min manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda 2 evin həyətindən ümumilikdə 13000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Röyal Vəliyev, Mirəhəd Qasımov və Kürdəmir rayon sakini Abuzər Nuriyev saxlanılıblar.
Araşdırma aparılır.