16 Sentyabr 2024 22:54

Qarabağ cəlladının Xankəndidəki abidəsi söküldü

Azadsöz.az xəbər verir ki, antiterror əməliyyatından sonra özünü buraxmış separatçı rejimin qalıqlarının təmizlənməsi prosesi davam edir. 

Xankəndi şəhərində Qarabağ cəlladlarından biri Bekor ləqəbli Aşot Qulyanın abidəsi sökülüb.

Qeyd edək ki, 1992-ci ildə Ağdərə, Hadrut və bir sıra istiqamətlərdə nahaq qan tökən terrorçunun abidəsi Xankəndi universitetinin qarşısındakı parkda yerləşirdi.