16 Sentyabr 2024 22:55

Lerikdə dərədən meyit tapıldı

Azadsöz.az xəbər verir ki, yanvarın 29-da səhər saatlarında Lerik rayonunun dağlıq ərazisində, dərədə kişi meyiti aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Meyitdə zorakılıq əlaməti aşkar olunmayıb. Meyitin bir neçə gün həmin ərazidə qaldığı məlum olub.(apa)