Azadsöz.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.
Qeyd edək ki, A.Fərəczadənin 40 yaşı var. O bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.
Xatırladaq ki, sarayın direktoru İlham Qasımov da bir neçə ay öncə, 2023-cü ilin noyabrında təyin olunub.