Azadsöz.az xəbər verir ki, rayonun Çərəkə kənd sakini 2009-cu il təvəllüdlü Ə.G sirkə turşusundan zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olan şəxs Bakı şəhər xəstəxanalarından birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, faktı Azadsöz.az-a Göyçay rayon İcra Hakimiyyətinin başçısının Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tehran Adıgözəlov təsdiqləyib.