19 Sentyabr 2024 04:17

Üzərində “Makarov” gəzdirən şəxs SAXLANILDI

Azadsöz.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Elxan Vahabov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

E.Vahabov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib. Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com