16 Sentyabr 2024 23:02

İmişlidə piyadanı maşın vurdu

Azadsöz.az xəbər verir ki, hadisə saat 19 radələrində İmişli rayonunun Çahar kəndi ərazisində qeydə alınıb. Camal Musayev idarə etdiyi “Ford” markalı avtomobil rayon sakini Həsən Şəmiyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.