16 Sentyabr 2024 23:00

İkinci Dünya müharibəsinin veteranı vəfat etdi

Azadsöz.az xəbər verir ki, İkinci Dünya müharibəsinin iştirakçısı və veteranı Cəbrayıl Nəhmətov  ötən gün axşam saatlarında 101 yaşında dünyasını dəyişib.

Bu barədə İqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib.

Qeyd edək ki, C.Nəhmətov 1923-cü ilin mayın 23-də Astara rayonunun Şiyəkəran kəndində anadan olub. O, yaşadığı kəndin qəbiristanlığında dəfn edilib.