18 May 2024 14:03

“Sehrli xalat” filminin “Rəşid”i ABŞ-da vəfat etdi

Azadsöz.az xəbər verir ki, “Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib.

Bununla bağlı Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov “Facebook”da bildirib.

Onun sözlərinə görə, A.Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra ABŞ-də dünyasını dəyişib.

A.Qurbanov 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı, şəxsi bizneslə məşğul olurdu.