Azadsöz.az xəbər verir ki, bu il Şuşada İslam ölkələrinin rəssam və fotoqraflarının sərgi və düşərgəsi təşkil olunacaq.
Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Bununla bağlı Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıq verilib.
Eyni zamanda, Şuşada İslam ölkələrinin yaradıcı gəncləri arasında müxtəlif müsabiqələrin, o cümlədən vizual sənət növləri üzrə internet müsabiqəsinin keçirilməsi planlaşdırılır. Bunun icrası isə Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinə tapşırılıb.