16 Sentyabr 2024 22:52

Elm və təhsil naziri Göyçayda vətəndaşları qəbul edib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, yanvarın 22-də elm və təhsil naziri Emin Əmrullayev Göyçay rayonunda vətəndaş qəbulu keçirib.Qəbulda Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl elm və təhsil naziri Emin Əmrullayev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Ümummilli Lider Heydər Əliyevin Göyçay rayonundakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Qəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

 Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.