16 Sentyabr 2024 23:06

Azərbaycanda 5 ballıq zəlzələ bu rayonlarda hiss olunub – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən “Unikal”a verilən məlumata görə, zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran ,Lerik, Şirvan, Zərdab, Ağdam, Ağdaş, Kürdəmir rayonlarında 4-3 bala qədər hiss olunub.

****
23:00

Azadsöz.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb. 

Zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub. 

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

****
22:14

Azadsöz.az xəbər verir ki, Azərbaycanda 5,1 bal gücündə zəlzələ olub. 

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 

Zəlzələ yerli vaxtla saat 22:05-də baş verib.