19 Sentyabr 2024 05:12

Xaçmazda gənc oğlan qətlə YETİRİLDİ

Azadsöz.az xəbər verir ki, rayon sakini 1991-cı il təvəllüdlü Cəbrayılov Qərib Vahid oğlu şəhər mərkəzində küçələrdən birində mübahisə zamanı bıçaq zərbəsi alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun ürək nahiyəsindən bıçaq yarası aldığı məlum olub.

Həkimlərin çoxsaylı cəhdlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə ilə bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com