Azadsöz.az xəbər verir ki, Türkiyə öz döyüş gəmilərini istehsal edən on ölkə arasındadır.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni gəmi platformalarının Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi mərasimində çıxışı zamanı deyib.
“Təhvil verilən hər bir gəmi dəniz qüvvələrimizin gücünə daha da güc qatacaq. “TCG Derya” “TCG Anadolu”dan sonra ən böyük gəmidir. “TCG Derya”nın xidmətə başlaması ilə yüzdə birlik hissələrinin yanacaq və su təchizatı sürətlə tamamlanacaq, əməliyyat bölgəsinə yaxın bölgələrdə döyüş elementlərinin yanacaq tədarükü və su ehtiyacları asanlıqla ödəniləcək”, – deyə o vurğulayıb.
Ərdoğan onu da bildirib ki, Türkiyə pilotsuz uçuş aparatları və dronların istehsalında isə dünyada ilk üç-dörd ölkədən biridir.
“2023-cü ildə 185 ölkəyə 230 adda müdafiə sənayesi məhsulu satmaqla ümumi ixracat həcmi 5,5 milyard dollara çatıb. Həmçinin, bu müddət ərzində 10 milyard 240 milyon dollar dəyərində yeni müqavilə imzalanıb. Ölkəmiz öz döyüş gəmisini dizayn və inşa edə bilən on ölkə arasındadır. Biz buna böyük dövlətlərin dəstəyi ilə deyil, qlobal təchizatçıların yaratdığı çətinliklərə, onların həyata keçirdikləri gizli və açıq embarqolara baxmayaraq nail olduq”, – deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə Silahlı Qüvvələrinin ikinci ən böyük gəmisi “TCG Derya” inventara daxil edilib.(TurkicWorld)