04 Dekabr 2024 23:53

Televiziya və radiolarda 300-ə yaxın qanun pozuntusu aşkarlandı

Azadsöz.az xəbər verir ki, Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsində il ərzində ölkə ərazisində fəaliyyət göstərən audiovizual yayımçıların müntəzəm monitorinqi aparılıb, mütəmadi olaraq arayışlar və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar və təhlillər hazırlanıb. Ümumölkə yerüstü televiziya və radio kanallarının (açıq yayım) proqramları daimi əsasda, regional yerüstü yayımçıların, habelə platforma yayımçılarının proqramlarının monitorinqləri şikayət əsasında və vaxtaşırı olaraq həyata keçirilib.

Bu barədə Audiovizual Şuranın illik hesabatında bildirilib.

Hesabatda deyilir ki, ümumilikdə, aparılmış monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 297 pozuntu faktı qeydə alınıb: “Həmin pozuntuların çox bir hissəsi (287 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilmiş və pozuntuların aradan qaldırılması təmin olunmuşdur. Bir sıra pozuntulara görə yayımçılara il ərzində 6 dəfə xəbərdarlıq elan olunmuş və mediada dərc olunmuşdur. Pozuntular səbəbi il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunmuşdur”.

Qeyd olunub ki, Audiovizual Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər və zəruri maarifləndirmə fəaliyyəti nəticəsində əvvəlki illərlə müqayisədə 2023-cü il ərzində qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilmişdir:

“Audiovizual Şuranın il ərzində əsas monitorinq istiqamətlərindən biri də əcnəbi serialların yayımlanmasına nəzarət olmuşdur. Bu sahədə yayımçılar tərəfindən pozuntu faktları aşkarlanmamışdır. Seriallar tam olaraq lisenziyalı olaraq və dublyaj olunmuş vəziyyətdə yayımlanır”.

İstanbul travesti Travesti Ankara İzmir travesti Antalya travesti İstanbul travestileri İstanbul travestiler Travesti İstanbul