27 Noyabr 2024 14:24

Polis bu rayonlardan olan şəxsləri cəzalandırdı

Azadsöz.az xəbər verir ki, Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən birgə tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan   verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində Qax rayonunun İbaxlı, Zaqatalanın Makov kəndi ərazisində yerləşən sexlərdə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması aşkar edilib. Hər iki faktla bağlı ərazi polis orqanlarında araşdırma aparılır.

Həmçinin Balakən və Zaqatala şəhərlərində keçirilən tədbirlər zamanı avtoyuma məntəqələrində çirkab sularının su və çay hövzələrinə axıdılması faktları aşkarlanıb. Aşkar edilmiş faktlarla bağlı iki fiziki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsi ilə protokol tərtib edilib.

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən birgə tədbirlər nəticəsində isə Zaqatala rayonunun Göyəm kəndi ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi müəyyən olunduğundan həmin kəndin bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul