27 Noyabr 2024 17:06

Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Azadsöz.az xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və hüquqazidd əməlləri törədən şəxslərin müəyyən edilməsi istiqamətində nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Mingəçevir su anbarında keçirilən növbəti monitorinq zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan Yevlax rayonu Xanabad kənd sakini İ.Allahverdiyev saxlanılıb.

Onun ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul