16 Sentyabr 2024 23:31

Qəbələdə itkin düşən 22 yaşlı oğlan tapıldı-FOTO (Yenilənib)

Azadsöz.az xəbər verir ki, dünən səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və  itkin  düşən Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində  tapılaraq ailəsinə təhvil verilib.

****

14:00

Azadsöz.az xəbər verir ki, Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev dünən səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Ailə üzvləri onunla sonuncu dəfə dünən saat 11:00 radələrində telefonla danışıblar.

Fərid Mizəliyevin əynində evdən çıxarkən qara idman dəsti olub.

DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, F. Mirzəliyevin tapılması istiqamətində axtarış tədbirləri keçirilir.