16 Sentyabr 2024 23:44

Göyçayda qadın itkin düşdü-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, Göyçay rayon Çərəkə kənd sakini, 1955-ci il  təvəllüdlü Bəkirova Zümrüd Seyidəbi qızı 2024 cü il 13 yanvar tarixində  səhər  saatlarında yaşadığı evi tərk edərək, bir daha geri qayıtmayıb.

Onun ailə üzvüləri bu barədə Göyçay  rayon Polis Şöbəsinə müraciət ediblər. Qadının tapılması istiqamətində axtarış tədbirləri keçirilir.

İtkin düşən  qadının əqli qüsurlu olduğu  bildirilir.

Qeyd  edək ki, Zümrüd Bəkirova  fiziki məhdudiyyətli Bəkirova Anna Abil qızının anasıdır.

Qadın barəsində hər hansı bir məlumatı olan şəxslərin DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)274–04-91 şəhər və (050) 774-04-91, 050 796 71 74  mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.