16 Sentyabr 2024 23:33

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Göyçayda vətəndaşları qəbul edəcək-TARİX

Azadsöz.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli yanvarın 19-da saat 10:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  Göyçay rayonunun sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 10 – 16 yanvar tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qeyd edək  ki, vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.