19 Sentyabr 2024 20:18

DİN hava şəraiti ilə bağlı sürücülərə çağırış edib

Azadsöz.az xəbər verir ki, yanvarın 14-16 tarixlərində paytaxt, eləcə də respublikanın magistral yollarının buz bağlama ehtimalı var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, sürücülər sürət həddini hava şəraitinə uyğun tənzim etməli, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinməlidir. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir.

Hava şəraiti ilə əlaqədar DİN tərəfindən ölkə polisinə müvafiq tapşırıq və göstərişlər verilib, zərurət yaranacağı təqdirdə xidmətə əlavə canlı qüvvə və texnikanın çıxarılması təmin olunacaq.

“Vətəndaşlardan xahiş edirik ki, hava şəraiti ilə əlaqədar qaydalara əməl etsinlər”, – məlumatda deyilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com