Azadsöz.az xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ehtiyata buraxılıb.
Bu barədə müvafiq Sərəncam imzalanıb.
Hələ ki, onun yerinə təyinatla bağlı ictimaiyyətə məlumat verilməyib.
Qeyd edək ki, dünən müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev ehtiyata buraxılıb. (qafqazinfo)