19 Sentyabr 2024 20:27

Prezidentliyə namizədlərə pulsuz ikiqat efir vaxtı verilə bilər

Azadsöz.az xəbər verir ki, Prezidentliyə namizədlərə pulsuz ikiqat efir vaxtı verilə bilər.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.

Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, qanunvericiliyə əsasən prezidentliyə namizədlərə həftəlik 3 saat efir vaxtı verilməsi nəzərdə tutulur:

“Amma biz İTV ilə müzakirələr aparırıq ki, hər bir namizədə ikiqat vaxt müəyyən edilsin və həftənin bütün günləri təşkil olunsun”.

Onun sözlərinə görə, həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri prezidentliyə namizədlərə İTV-nin efirində saat 21:00-da ödənişsiz efir vaxtı təşkil ediləcək.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com