16 Sentyabr 2024 23:40

Kürdəmirdə qanunsuz tikili sökülüb – FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bu çərçivədə, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.