Azadsöz.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 30- yanvar saat 10:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Göyçay, Ağdaş, Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
Bununla yanaşı, qəbul üçün (+994 12) 493 34 67; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrələr: 163, 599) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.