Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatına görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan “Mersedes” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə rayon sakini Rahil İsmayılov saxlanılıb. Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.
Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
O məhkəmənin qərarına əsasən 1 ay müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.