16 Sentyabr 2024 23:14

Goranboyda maşın aşdı – Yaralananlar var

Azadsöz.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

“Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı rayon sakinləri – 2005-ci il təvəllüdlü Əbdürrəhman Nəsibov, 2004-cü il təvəllüdlü Allahverdi Nəsibov və 2006-cı il təvəllüdlü İbrahim Yolçuyev – müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.