08 Sentyabr 2024 05:05

Tovuzda kürəkən qayınatasını bıçaqladı

Azadsöz.az xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində baş verib. Kənd sakini – 1984-cü il təvəllüdlü Fərhad Yusibovun kürəkəni ilə aralarında mübahisə düşüb. Nəticədə kürəkən qayınatasını bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əvəz Babayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.