16 Sentyabr 2024 23:37

Vətən müharibəsi iştirakçısı vəfat ETDİ

Azadsöz.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı Fərid Kərimli bu gün vəfat edib.

Məlumat sosial şəbəkələrdə yayılıb.

1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçəngi xəstəliyinə tutulub.

O, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.