16 Sentyabr 2024 23:15

AXCP və Müsavat prezident seçkilərində iştirak etməyəcək

Azadsöz.az xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılmayacaq.

Bununla bağlı qərar Müsavat Partiyasının İdarə Heyəti iclasında və müvafiq olaraq AXCP-nin keçirdiyi qurultayda verilib. 

Partiyalar aparılan müzakirələrin və sorğuların nəticələrini nəzərə alaraq bu nəticəyə gəldiklərini bəyan ediblər.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, deputatlar – Zahid Oruc və Fazil Mustafanın prezidentliyə namizədliyi açıqlanıb.