16 Sentyabr 2024 23:16

Fazil Mustafa da prezidentliyə namizəd oldu

Azadsöz.az xəbər verir ki, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

Bu barədə partiya açıqlama yayıb. 

Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.

Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.