18 May 2024 08:39

Şəhid Həsən Bayramovun şəhadətə yüksəlməsindən üç il ötür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş   Həsən Bayramovun şəhadətə yüksəlməsinin  bu gün  üçüncü  ildönümüdür. Həsən Ağaisa oğlu Bayramov 2001-ci il iyunun 22-də Göyçay rayonunun Birinci  Ərəbcəbirli kəndində  anadan olub.2019-cu il iyulun 3-də hərbi xidmətə çağırılıb.

O, 2020-ci il sentyabrın 27-də başlayan  Vətən  müharibəsində döyüşlərə qatılıb. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə  iştirak edib.2020-ci il oktyabrın 1-də Tərtər-Ağdərə istiqamətində hərbi əməliyyatlar zamanı düşmən mərmisinin partlaması nəticəsində qəlpə yarası alıb və şəhadətə qovuşub.13 dekabr 2020 ci ildə  Göyçay rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Həsən Bayramov İlham Əliyevin Sərəncamlarına əsasən, ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, ”Cəsur döyüşçü” və  “Vətən uğrunda” medalları ilə təltif edilib.

Xatırladaq ki, bu gün Göyçayda  küçələrindən biri şəhid  Həsən Bayramovun  adını daşıyır. Həmçinin şəhidin yaşadığı küçədə adına bulaq inşa edilib.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev