04 Dekabr 2024 22:46

Kiberdələduzlar bu qurumun adından saxta portal yaratdı

Azadsöz.az xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində kiberdələduzların dövlət orqanlarına və müəssisələrə qarşı saxta e-poçt fişinq kampaniyası həyata keçirdiyi müəyyən olunmuşdur.

Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı məlumata əsasən, kiberdələduzlar tərəfindən Dövlət Vergi Xidmətinin veb-saytına oxşar saxta portal yaradılaraq bu proses həyata keçirilir. Nəticədə dələduzlar müəssisələrin və dövlət orqanlarının e-poçt ünvanlarına yaradılmış saxta keçidi göndərərək, zərərli faylın yüklənməsini təmin edirlər.

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı və rəsmi məlumatları yalnız etibarlı mənbələrdən əldə etməyi tövsiyə edir.

İstanbul travesti Travesti Ankara İzmir travesti Antalya travesti İstanbul travestileri İstanbul travestiler Travesti İstanbul