Azadsöz.az xəbər verir ki, hadisə ötən gün Zaqatala rayonunun Muxax kəndində baş verib. Belə ki, vəhşi heyvan səhər məktəbə gedən şagird və valideyinlərə kənd sakinləri 1993-cü il təvəllüdlü Tahirova Dilrubə Bayram qızı,1988-ci il təvəllüdlü Rəcəbova Fatimə Zahid qızı, 2012-ci il təvəllüdlü Mahmudova Məryəm Çingiz qızı ,1986-cı il təvəllüdlü Ömərova Leyla Şaban qızı və 2012-ci il təvəllüdlü Gəncəliyev Röyal Rövşən oğluna hücum edərək onları dişləyib.
Həmin şəxslər Zaqatala Rayon Mərkəzi xəstəxanasına aparılıb, lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd olunub və amblator müalicə üçün evə buraxılıblar.