Azadsöz.az xəbər verir ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna bu gün start veriləcək.
İlk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulacaq.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olacaq. İstanbul klubu növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir. Bu matçda mümkün bərabərlik və “Mançester Yunayted”in qələbəsi “Cim-Bom”un avrokuboklarla vidalaşmasına səbəb ola bilər.
C qrupunda isə “Napoli” ilə “Braqa” ikinci yerin sahibini öz aralarındakı görüşdə müəyyənləşdirəcəklər. Portuqaliya təmsilçisi 1/8 finala adlamaq üçün minimum 2 top fərqi ilə qələbə qazanmalıdır.
Bu qruplarda “Bavariya”, “Arsenal”, PSV, “Real”, “İnter” və “Real Sosyedad” növbəti mərhələyə vəsiqəni öncədən təmin ediblər.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
12 dekabr
A qrupu
00:00. “Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya)
00:00. “Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə)
Xal durumu: “Bavariya” – 13, “Kopenhagen” – 5, “Qalatasaray” – 5, “Mançester Yunayted” – 4.
B qrupu
21:45. “Lans” (Fransa) – “Sevilya” (İspaniya)
21:45. PSV (Niderland) – “Arsenal” (İngiltərə)
Xal durumu: “Arsenal” – 12, PSV – 8, “Lans” – 5, “Sevilya” – 2.
C qrupu
00:00. “Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya)
00:00. “Union” (Berlin, Almaniya) – “Real” (İspaniya)
Xal durumu: “Real” – 15, “Napoli” – 7, “Braqa” – 4, “Union” – 2.
D qrupu
00:00. “İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya)
00:00. “Zalzburq” (Avstriya) – “Benfika” (Portuqaliya)
Xal durumu: “Real Sosyedad” – 11, “İnter” – 11, “Zalzburq” – 4, “Benfika” – 1.