16 Sentyabr 2024 23:03

“Kanal-11″in rəhbəri həbs edildi – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, “Kanal-11” internet televiziyasının rəhbəri Teymur Kərimov barəsində Nərimanov Rayon məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 182.2 maddəsi üzrə (“hədə-qorxu ilə pul tələb etmə”) təqsirli bilinib. 

Teymur Kərimov barəsində  4 ay həbs qətimkan tədbiri seçilib.

*****
13:05

Azadsöz.az xəbər verir ki, “Kanal-11” internet televiziyasının rəhbəri Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayətlər əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb.

İstintaq hərəkətləri aparılır.