Ağdam klubunun mətbuat xidmətinin məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matça indiyədək 18700 bilet satılıb.

Biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Qeyd edək ki, dekabrın 14-də oynanılacaq “Qarabağ” – “Hekken” görüşü saat 21:45-də başlayacaq.