16 Sentyabr 2024 23:41

Ərdoğan mükafata layiq görüldü

Azadsöz.az xəbər verir ki, Rusiya İctimaiyyətlə Əlaqələr Assosiasiyası (RASO) illik “Hamburq Hesabı” siyasi mükafatının nəticələrinə yekun vurub.

2023-cü ilin qalibləri arasında Macarıstanın baş naziri Viktor Orban, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Slovakiyanın Baş naziri Robert Fiso da var.

“İlin xarici siyasətçisi Viktor Orban, ən yaxşı xarici prezident seçkiləri kampaniyasının qalibi Rəcəb Tayyib Ərdoğan, ən yaxşı xarici parlament seçkiləri kampaniyasının qalibi isə Robert Fisonun Smer partiyasıdır”, – deyə qurumun məlumatında deyilir.

Qeyd edək ki, “Hamburq hesabı” siyasi mükafatı 2016-cı ildə Rusiya İctimai Əlaqələr Assosiasiyası tərəfindən təsis edilib.