16 Sentyabr 2024 23:18

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçirildi

Azadsöz.az xəbər verir ki, Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilən hazırlıq iclasında təqsirləndirilən və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış iclası dekabrın 11-nə təyin olunub.