16 Sentyabr 2024 23:27

Göyçay rayonunda növbəti ağacəkmə aksiyası keçirildi:ŞTB-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda  yaşıllıqların artırılması və ətraf mühitin sağlamlaşdırılması məqsədilə  mövsümə uyğun  olaraq ağacəkmə aksiyası davam  etdirilir.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində  yetişdirilən  Eldar  şamı, akasiya  və qaraağac  ağacı  Göyçay rayonunun Qarabaqqal  kənd  ərazisində  yerləşən məişət  tullantılarının  daşınması  üçün nəzərdə  tutulmuş  poliqona  gedən  yolun müəyyən olunmuş  hissəsinə  4 dekabr  2023-cü  il  tarixində əkilməsinə  başlanıb. 

Abadlaşdırma Təmir  və  Mənzil İstismar  İdarəsinin işçi  kollektivi  tərəfindən  ilkin olaraq əkiləcək  ağacların yerləri müəyyənləşdirilərək çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.

Daha  sonra əkilməsi  işləri  həyata  keçirilib.Yeni əkilmiş ağaclar su  maşını  vasitəsilə  suvarılıb,  aqrotexniki qulluq göstərilib.

Qeyd  edək  ki,  nəzərdə  tutulmuş  əraziyə 237  şam, 100 ədəd akasiya  və 100  ədəd  qarağac  ağacı  əkilib.Ümumilikdə 437  həmişəyaşıl  ağac  sözügedən  əraziyə  əkilib.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev