16 Sentyabr 2024 23:05

Göyçay İcma İnkişaf Mərkəzi 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə əlil ailələrinə baş çəkib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə  Göyçay Rayon İcma İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin  əməkdaşları  rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı əlil ailələrinə baş çəkiblər.

Göyçay Rayon İcma İnkişaf Mərkəzinin rəhbəri Elşən  Süleymanov, əməkdaşlar  Murad Qasımov və  Kamran  Dadaşov əlil ailələrinin evində olublar onların problemləri dinlənilib, mərkəz  tərəfindən onlara  qurban əti  paylanıb.