29 Noyabr 2024 12:49

Naxçıvanda bu qurumda müavinlərin sayı artırıldı

Azadsöz.az xəbər verir ki,  “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 8 noyabr tarixli 182-V FR nömrəli Fərmanında dəyişiklik edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin işçilərinin say həddi cəmi 603 ştat vahidi olmaqla, Aparat üzrə 194 ştat vahidi, yerli idarələri üzrə 409 ştat vahidi həddində müəyyən edilib.

“Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti haqqında Əsasnamə”də edilən dəyişikliklə isə qurumda müavinlərin sayı 2-yə çatdırılıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul