Azadsöz.az xəbər verir ki, Azərbaycan millisi Bakıda hərbçilər arasında keçirilən güləş üzrə dünya çempionatının son günündə 3 medal qazanıblar.
77 kiloqram çəki dərəcəsində mübarizə aparan Qurban Qurbanov finalda rusiyalı Aleksandr Babumaraya qalib gələrək dünya çempionu olub.
Yunan-Roma güləşçisi Nihad Quluzadə (60 kiloqram) iranlı Milad Reza Nejadı üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Laçın Vəliyev (87 kiloqram) isə final görüşündə İranın digər təmsilçisi Nasser Alizadeyə uduzaraq ikinci yerlə kifayətlənib.
Bununla da Azərbaycan güləşçiləri dünya çempionatını 21 medalla başa vurublar.