16 Sentyabr 2024 23:49

Sabah 22 dərəcə isti olacaq

Azadsöz.az xəbər verir ki,  dekabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, az çiskin. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9°, gündüz 17-22° olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10°, gündüz 18-23°, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 7-12° olacaq.