Azadsöz.az xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsinə yeni təyinat olub.
Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şirin Yaşar qızı Məlikova muzeyin direktoru təyin edilib.
Ş.Məlikova 2016-cı ildən son təyinatadək Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyinin sabiq direktoru Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev yaşla əlaqədar təqaüdə çıxıb.