16 Sentyabr 2024 23:12

“Hər vaxt hər şeyə hazır olmalısınız.Mən özümdən aşağı rütbəli zabiti və əsgərimi önə verib arxada dura bilmərəm”: Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun şəhadətə qovuşmasından üç il ötür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qubadlı fatehi” polkovnik-leytenant Vidadi Xəlilovun şəhadətə qovuşmasının üçüncü ildönümüdür.Vidadi Vaqif oğlu Xəlilov  1982-ci il iyulun 16-da Göyçay rayonunda ziyalı ailəsində anadan olub.1989-cu ildə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbə gedib, 1999-cu ildə həmin məktəbi bitirib.


Vidadi Xəlilov 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə “motoatıcı” ixtisası üzrə bitirərək leytenant rütbəsi alıb. 2003-cü ildən 2004-cü ilədək Müdafiə Nazirliyinin təlim və tədris mərkəzində ixtisas kursu keçib.2004-cü ildə Müdafiə nazirinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib.


2004-2007-ci ilə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində motoatıcı tağım komandiri. 09. 02.2007-ci il tarixindən 26.11.2009-cu il tarixinədək N saylı hərbi hissədə motoatıcı bölük komandiri, 26.11.2009-cu il tarixindən 29.06.2011-ci il tarixinədək N saylı hərbi hissənin motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi vəzifəsində xidmət edib.



O, 14.11.2014-cü il tarixində Müdafiə nazirinin əmrinə əsasən N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin olunub. 15.02.2016-cı ildə 130 n-li hissədə əməliyyat bölməsi rəisinin müavini, 05.09.2017-ci il tarixindən N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin baş köməkçisi, 04.08.2019-cu ildən isə N saylı hərbi hissəyə döyüş hazırlığı bölmə rəisi vəzifəsinə təyin edilib.



2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edərək, Cəbrayılın,Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 31 oktyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub.Göyçay  Şəhidlər Xiyabanında dəfn olunub.



Xatırladaq ki, Vidadi Xəlilov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, medalları ilə təltif olunub.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev