29 Noyabr 2024 22:46

Türkiyədə yaşayış icazəsi almaq üçün tələblər sərtləşdirilib

Azadsöz.az xəbər verir ki, Türkiyə daşınmaz əmlak alqı-satqısı yolu ilə yaşayış icazəsi almaq üçün yeni qaydalar tətbiq edib.

Türkiyədə yaşayış icazəsi üçün ölkədə alınmalı olan daşınmaz əmlakın qiyməti 50-75 min dollardan 200 min dollara yüksəlib.

Qeyd edək ki, ölkədə yaşamaq icazəsi olan 1,1 milyondan çox əcnəbi yaşayır ki, onlardan 122 mini ruslardır.

Yeni meyarlar oktyabrın 16-dan qüvvəyə minib və daşınmaz əmlak almaq yolu ilə yaşayış icazəsi almaq istəyənlərə şamil edilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul