29 Noyabr 2024 12:38

4 yayım operatorunun lisenziyası ləğv olundu

Azadsöz.az xəbər verir ki, oktybarın 27-də Audiovizual Şuranın növbəti iclası keçirilib.

Bu barədə  Audiovizual Şura məlumat  yayıb.

Qeyd edilib ki, iclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə Şuraya müraciətləri müzakirə olunub.

İclasda Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilib. Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq “Albax TV” MMC, “Real Telecom” MMC və “Şam” MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilib. Həmçinin, yayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən “RA Technologies” MMC-nin də lisenziyası ləğv olunub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul